Ali Akhmedov
Doğulduğu tarix və yer: 27.01.1953, Ermənistan Respublikası Basarkeçər rayonunun Dərə kəndi
Təhsili: ali, fəlsəfə elmləri doktoru, professor
Bitirdiyi təhsil müəssisəsinin adı: Moskva Dövlət Tarix İnstitutu. Azərbaycan Dövlət Universitetinin aspiranturası
Əmək fəaliyyəti:
12.08.1975-11.11.1976, Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxiv İdarəsi, baş elmi işçi;
11.11.1976-01.11.1977; 01.06.1979-26.11.1979, Azərbaycan Elmlər Akademiyası, arxiv müdiri;
27.11.1979-08.05.1982, Azərbaycan Dövlət Universiteti, laborant;
08.05.1982-08.12.1997, Azərbaycan Dövlət Universiteti, müəllim, böyük müəllim, Bakı Dövlət Universiteti, dosent;
07.12.1997-08.09.1999, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsi, şöbə müdirinin müavini;
09.09.1999-28.06.2000, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı;
05.11.2000-02.12.2005, ikinci çağırış;
06.11.2005-29.11.2010, üçüncü çağırış;
29.11.2010-12.11.2013, dördüncü çağırış., Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən 2021-ci ilin martınadək Partiyanın sədrinin müavini-icra katibi, 2021-ci ilin martından isə YAP-ın sədrinin müavinidir.
22.10.2013 - h/h, Azərbaycan Respublikası Baş nazirinin müavini
Təltifləri: “Şöhrət” ordeni (2013, 2009-cu ildə Polşa Respublikası Prezidentinin Sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.