Mahmud Mammadguliyev

Mahmud Əhməd oğlu Məmmədquliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olmuşdur.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1972–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi olmuşdur.

1974–1993 — Müxtəlif dövlət orqanlarında xidmət etmişdir.

1992–1993-cü illərdə Kommersiya Bankının idarə heyəti sədrinin müavini omuşdur.

1993-cü ildən indiyə kimi — Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini.

1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisin deputatı olmuşdur.

1996–2001-ci illərdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığında və eyni zamanda İrlandiya Respublikasında, İsveç və Norveç Krallıqlarındakı və Danimarka Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.

2019-cu ilin iyul ayında Mahmud Məmmədquliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

İngilis və rus dillərini bilir.

SHARE ON THE PLATFORM: