Vagif Aliyev
Vaqif Əliyev 1953-cü il iyul ayının 17-də anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. 1975–1982-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, kiçik elmi işçi, qrup rəhbəri, baş müəllim vəzifələrində işləmişdir. 1982–1988-ci illərdə Azərbaycan Dövlət Universiteti komsomol komitəsinin katibi, 1988–1994-cü illərdə BDU-nun fizika fakültəsində baş müəllim vəzifəsində çalışmışdır.
1994–2003-cü illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm nazirinin birinci müavini vəzifəsində işləmişdir.
2003-cü ildən 2011-ci ilə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.
18 fevral 2011-ci il Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Vaqif Əliyev mədəniyyət və turizm nazirinin birinci müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli Sərəncamına uyğun olaraq Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.
Fizika-riyaziyyat elmləri namizədidir (1980).
Yeni Azərbaycan Partiyası yaranan gündən — 1992-ci il 21 noyabr ayında keçirilən təsis konfransından partiyanın İdarə Heyətinin üzvüdür.