Fuad Hüseynov

Fuad Hüseynov 1972-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur.

1989-cu ildə Bakı şəhəri Binəqədi rayonu 115 saylı orta ümumtəhsil məktəbini qızıl medalla bitirmişdir.

1989-cu ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1994-cü ildə həmin universiteti bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1994-cü ilin fevral ayından Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı Nümayəndəliyində əvvəlcə rəhbərin loqistika (maddi-texniki təchizat və nəqliyyat) məsələləri üzrə köməkçisi, 2000-ci ildən loqistika departamentinin rəhbəri, 2008-ci ildən isə təşkilatın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışdır.

2008-ci ildə ABŞ-ın Fritz institutunun və Böyük Britaniyanın Loqistika və Nəqliyyat İnstitutunun humanitar loqistika üzrə 2 illik ixtisas kursunu bitirərək sertifikat ilə təltif olunmuşdur.

2013-cü ildən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində işləyir.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə“ medalı ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ: