Rauf Hacıyev
Rauf Hacıyev 21 avqust 1958-ci il təvəllüdlüdür. 1980-cı ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 1980-ci ildə AMEA-nın Fizika İnstitutunda işləyib. 1981-ci ildə ADU-nun “Onurğalılar zoologiyası” kafedrasında baş laborant, assistant və baş müəllim vəzifələrində çalışıb. 1989-сu ildə biologiya elmləri namizədi adını alıb. 1995-ci ildə Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası” kafedrasının dossenti olub. 1995-ci ildə “Azərbalıq” Dövlət Konserninin Balıqartırma idarəsinin rəis müavini, 1999-cu ildə rəisi vəzifəsində işləyib. 2003-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2005-ci ildə biologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 2001-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentində direktor vəzifəsində çalışıb. 2008-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb. 2011-ci ildən Ekologiya və Təbii Sərvətlər nazirinin müavinidir.
Digər