Azərbaycan və DİM-lər: Tarixi əsas

  • Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun (HLPF) yaradılması 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Konfransının (Rio+20) “Bizim İstədiyimiz Gələcək” adlı yekun sənədi ilə təsdiqlənmişdir. Forumun formatı və təşkilati aspektləri Baş Assambleyanın 67/290 saylı qətnaməsində öz əksini tapmışdır;
  • Forum hər il BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında səkkiz gün ərzində (üç günlük nazirlər seqmenti) və hər dörd ildən bir Baş Assambleyanın himayəsi altında dövlət və hökumət başçıları səviyyəsində iki gün ərzində toplanır. Forumun ilk iclası 24 sentyabr 2013-cü ildə keçirilib. O, 1993-cü ildən bəri hər il toplanan Dayanıqlı İnkişaf üzrə Komissiyanı əvəz edir;
  • HLPF Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf üzrə əsas platformasıdır və o, 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyinin və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qlobal səviyyədə izlənilməsi və nəzərdən keçirilməsində mərkəzi rola malikdir. Forum təcrübələrin, uğurların, çətinliklərin və öyrənilmiş dərslərin mübadiləsini asanlaşdırır və siyasi liderlik, təlimat və tövsiyələr verir;
  • Respublikamız BMT-nin üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş DİM-lərə qoşulmuşdur;
  • Azərbaycan DİM-lərə qoşulduğundan ötən müddət ərzində regionda ilk, dünyada 10 ölkədən biri olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərlə bağlı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə (2017, 2019, 2021-ci illərdə) Könüllü Milli Hesabat təqdim etmişdir.
GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ: