“Yaşıl iqtisadiyyat”ın təşviqi ilə bağlı verbinarlar keçirilir

Yanvarın 21-də İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) təşkilatçılığı ilə “Dayanıqlı investisiyalar: Azərbaycan iqtisadiyyatı üçün imkanlar və trendlər” mövzusunda videokonfrans formatında vebinar keçirilib. Tədbirdə 50-dən çox investisiya eksperti, müvafiq dövlət orqanlarının, akademik dairələrin nümayəndələri iştirak ediblər.

Vebinarın təşkilində məqsəd BMT-nin 2030-cu il Gündəliyinə uyğun olaraq, dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün resursların optimallaşdırılmasında Azərbaycan hökumətinə dəstək göstərilməsidir

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov və BMTİP-nin Rezident nümayəndəsinin müavini Çaru Bist Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsində dövlət orqanlarının, özəl sektorun, yerli və beynəlxalq inkişaf agentliklərinin əməkdaşlığının vacibliyini vurğulayıblar. Bildirilib ki, DİM-lərin həyata keçirilməsində iqtisadi, sosial və ekoloji amillərin vahid formada inteqrasiyası, “yaşıl iqtisadiyyat”ın təşviqi xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə dövlət və özəl sektorun birgə fəaliyyəti, maarifləndirmə dayanıqlı və yaşıl investisiyaların uğurla reallaşmasına şərait yaradacaqdır. Bununla yanaşı, DİM-lər və yaşıl investisiyalar az karbonlu istehsalın olduğu, resursların səmərəli istifadə edildiyi və inklüzivliyin təmin edildiyi iqtisadiyyata keçidə töhfə verəcəkdir.

Müzakirələrdə BMTİP-də DİM İnvestisiyaları üzrə baş məsləhətçi Kurt Morriesen, Sosial Fəaliyyət üzrə İşçi Qrupun icraçı direktoru Yurgen Hammer, “Herbert Smith Freehills”də aktivlərin idarə olunması üzrə mütəxəssis Stefan Nyubay, “PNC Financial Services Group”da təsirin artırılması strategiyası üzrə rəhbər Nik Aşbörn və “J.P.Morgan”ın inkişafın təsirləri üzrə rəhbəri Arsalan Mahtafar çıxış edərək, “yaşıl iqtisadiyyat”ın inkişafı istiqamətində fikirlərini bölüşüblər.

Qeyd edək ki, dayanıqlı investisiyaların təşviqi, yaşıl və sosial təsirləri olan sahələrə investisiyaların cəlb edilməsi, “yaşıl maliyyələşdirmə” təşəbbüsləri barədə məlumatlılığın artırılması məqsədilə seminarların təşkili davam etdiriləcək.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    1 Noyabr 2024

    BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoquna həsr edilmiş tədbir ke ...

    Card image cap
    8 May 2024

    4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...