Üçüncü Könüllü Milli Hesabatın təqdimatı olub

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının himayəsi ilə Yüksək Səviyyəli Siyasi Forum keçirilib. Dayanıqlı İnkişaf Məqsədlərinin.

Forum çərçivəsində DİM-lərin icrası istiqamətində görülmüş işlər barədə Azərbaycanın üçüncü Könüllü Milli Hesabatının təqdimatı olub. Təqdimatı Azərbaycan Hökuməti adından Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov edib.

Qeyd edək ki, Azərbaycan bu il dünyada 10 ölkədən biri olmaqla, regionda və MDB məkanında ilk dəfə Üçüncü Könüllü Milli Hesabat təqdim edir.

BMT-nin müəyyən etdiyi tematik mövzuyua uyğun olaraq hazırlanmış hesabatda siyasət və maarifləndirmə işləri, 2030-cu il Gündəliyinin icrasına pandemiyanın təsirləri və bu təsirlərin minimallaşdırılması tədbirləri, DİM-lər üzrə əldə olunan tərəqqi və s. əksini tapıb.

Hesabatın təqdimat zamanı Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində ölkəmizdə DİM-lərin icrası sahəsində görülmüş işlər, səhiyyə sisteminin gücləndirilməsi, iqtisadi fəallığın bərpası, qeyri-neft sektorunun dinamik artımının təmin edilməsi, milli innovasiya sisteminin inkişafı istiqamətində atılmış addımlar barədə məlumat verib. Qeyd edilib ki, dayanıqlı inkişaf üzrə məlumatların toplanması və təhlili davamlı olaraq  təkmilləşdiriləcək, DİM Maliyyələşdirmə Mexanizminin yaradılması kimi məsələlər diqqətdə saxlanılacaq.

Tədbirdə Dayanıqlı İnkişaf Platformasının həyata keçirilməsində sülhün və sabitliyin rolu vurğulanıb. 2020-ci ilin noyabrında Ermənistanla Azərbaycan arasında münaqişənin sona çatmasının regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmağa, Azərbaycanın və bütövlükdə, regionun inkişafına böyük təkan verəcəyi diqqətə çatdırılıb. Eyni zamanda, növbəti mərhələdə Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad edilmiş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulmasının, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışının təşkil edəcəyi bildirilib.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...

    Card image cap
    26 May 2023

    18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi ictimaiyyətə təqdim edilib