Tələbələr innovasiya müsabiqəsi barədə məlumatlandırılıb

Noyabrın 8-də Azərbaycan Dövlət İqtisad Universitetində tədqiqatçıların, müəllim və tələbələrin İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə elan edilmiş İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılması məqsədilə tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, həmçinin ətraf mühitin mühazifəsinin gücləndirilməsi baxımından innovasiyanın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirilib ki, innovasiya müsabiqəsi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə elan edilib.

Tədbirdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Elm və İnnovasiya Mərkəzinin direktoru Sakit Yaqubov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov innovasiyaların vacibliyi və innovativ fəaliyyətinin üçün əhəmiyyətindən bəhs edib.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış edib.

Sonra iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    16 Oktyabr 2025

    7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    18 Iyul 2025

    Azərbaycanın iqtisadi islahatları və sosial siyasəti BMT-yə üzv dövlətlərə mod ...

    Card image cap
    16 Iyul 2025

    Hüseyn Hüseynov BMT-də Azərbaycanın gender bərabərliyinə dair nailiyyətlərini ...