Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının iclası keçirilib

Mayın 7-də İqtisadiyyat Nazirliyində Respublika İnnovasiya Müsabiqəsinin Qiymətləndirmə Komissiyasının növbəti iclası keçirilib.

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, "ASAN Xidmət"in, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Komissiyaya üzv olan nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Komissiyanın sədri, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatının müasir inkişaf meyilləri, iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi istiqamətində innovasiyanın əhəmiyyətindən danışıb, 2017-ci ilin dekabr ayında nəticələri elan olunan I Respublika İnnovasiya Müsabiqəsinə təqdim edilən layihələrin prioritetliyini və iclasda müzakirə olunacaq məsələləri iştirakçıların diqqətinə çatdırıb.
İclasda Komissiya üzvlərinin rəy və təklifləri əsasında gələcəkdə keçiriləcək müsabiqəyə aid sahələrin və prioritet istiqamətlərin müəyyən olunması və bununla bağlı müvafiq təşkilati tədbirlərin həyata keçirilməsi qərara alınıb.

Qeyd: “Respublika İnnovasiya Müsabiqəsi” Komissiyası Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nın və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin icrasına dəstək məqsədilə hər il keçirilməsi nəzərdə tutulan innovasiya müsabiqəsinə təqdim edilən layihələrin qiymətləndirilməsi üçün iqtisadiyyat nazirinin müvafiq əmri ilə yaradılmışdır.  Komissiyanın tərkibinə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri daxildir.  

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    16 Oktyabr 2025

    7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    18 Iyul 2025

    Azərbaycanın iqtisadi islahatları və sosial siyasəti BMT-yə üzv dövlətlərə mod ...

    Card image cap
    16 Iyul 2025

    Hüseyn Hüseynov BMT-də Azərbaycanın gender bərabərliyinə dair nailiyyətlərini ...