“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində İqtisadiyyat Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası təşkil edilib.

Aksiya çərçivəsində 1 hektar ərazidə 600-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığı təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    16 Oktyabr 2025

    7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    18 Iyul 2025

    Azərbaycanın iqtisadi islahatları və sosial siyasəti BMT-yə üzv dövlətlərə mod ...

    Card image cap
    16 Iyul 2025

    Hüseyn Hüseynov BMT-də Azərbaycanın gender bərabərliyinə dair nailiyyətlərini ...