İqtisadiyyat naziri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Mikayıl Cabbarov mühüm vəzifəyə təyinatı münasibətilə Vladanka Andreyevanı təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. İqtisadiyyat naziri sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videoformatda çıxışından irəli gələn çağırışları və aktual məsələləri diqqətə çatdırıb, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb və hazırda icra olunur. Diqqətə çatdırılıb ki, BMT-nin ixtisaslaşmış qurumları ilə əlaqələr qurulub və səmərəli əməkdaşlıq həyata keçirilir. Hazırda BMT-nın Azərbaycandakı Nümayəndəliyi tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu ilə birgə üçtərəfli Anlaşma Memorandumunun imzalanması, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin Sürətləndirilməsi üçün Çoxtərəfdaşlı Etimad Fondunun yaradılması məsələləri barədə müzakirələr aparılır. Bunlar isə, əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradacaqdır.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva təbrikə görə təşəkkür edib, Azərbaycanda fəaliyyətə başlamasından məmnunluğunu bildirib. Vladanka Andreyeva BMT-nin ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığını diqqətə çatdırıb, fəaliyyəti dövründə tərəfdaşlığın daha da gücləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.

Görüşdə BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin (2021-2025-ci illər üzrə) icrası, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşməsi məsələləri müzakirə edilib.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...

    Card image cap
    26 May 2023

    18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi ictimaiyyətə təqdim edilib