İnnovasiya Müsabiqəsinə layihələrin qəbulu davam edir

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə İkinci Respublika İnnovasiya Müsabiqəsi elan edilib.

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə elan edilmiş İkinci Respublika İnnovasiya Müsabiqəsi barədə məlumatlılığın artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, AMEA-nın Yüksək Texnologiyalar Parkının müəllim, tələbə və gənc tədqiqatçıları, həmçinin ASAN könüllüləri ilə maarifləndirmə tədbirləri keçirilib.

İndiyədək müsabiqəyə 70-yə yaxın layihə təqdim olunub. Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Müsabiqədə iştirak etmək üçün namizədlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” (www.ideya.az) platforması vasitəsilə təqdim edə bilərlər. 

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...

    Card image cap
    26 May 2023

    18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi ictimaiyyətə təqdim edilib