İkinci İnnovasiya Müsabiqəsinə 220-ə yaxın layihə təqdim olunub

İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə təşkil olunan Respublika İnnovasiya Müsabiqəsinin yekunlarına dair Qiymətləndirmə Komissiyasının iclası keçirilib.

Komissiyanın sədri, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin yerinə yetirilməsi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icrasına dəstək məqsədi ilə təşkil olunmuş İnnovasiya Müsabiqəsinə İqtisadiyyat Nazirliyi və “ASAN xidmət”in “İdeya Bankı” vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 220-yə yaxın layihə təqdim olunub. Hazırda qəbul edilmiş layihələrin qiymətləndirilməsi aparılır. Sevinc Həsənova belə müsabiqələrin keçirilməsinin innovasiya subyektlərinin fəaliyyətlərinin stimullaşdırılması və səmərəliliyinin artırılması, innovasiya infrastrukturu çərçivəsində kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri şəraitin yaradılması, müvafiq infrastrukturun inkişafına dəstək olacaq elmi-tədqiqat bazasının təkmilləşdirilməsi və kadr potensialının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin müavini Alessandro Frakassetti innovasiyaların əhəmiyyəti barədə danışıb, belə müsabiqələrin innovativ sahələrə investisiya qoyuluşunun təşviq edilməsinə, elmi nailiyyətlərin və innovasiyaların müxtəlif sahələrdə tətbiqinə verəcəyi töhfəni diqqətə çatdırıb.

İnnovasiya müsabiqəsi qaliblərinin dekabr ayında mükafatlandırılması nəzərdə tutulur.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    16 Oktyabr 2025

    7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    18 Iyul 2025

    Azərbaycanın iqtisadi islahatları və sosial siyasəti BMT-yə üzv dövlətlərə mod ...

    Card image cap
    16 Iyul 2025

    Hüseyn Hüseynov BMT-də Azərbaycanın gender bərabərliyinə dair nailiyyətlərini ...