“Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı başa çatıb

Dayanıqlı İnkişaf Məqsədlərinin tələbələr arasında təbliği məqsədilə təşkil olunan təlimlər başa çatıb.

 

“Gənclər üçün Dayanıqlı İnkişaf Məqsədləri və Maliyyə Akademiyası” mövzusunda təlim proqramı yekunlaşıb.

Bununla əlaqədar ADA Universitetində keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov ölkəmizin BMT-yə üzv olduğu tarixdən etibarən təşkilatla əməkdaşlığın uğurla davam etdiyini, bu müddət ərzində BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırıb. Hazırda ölkəmizdə DİM-lərə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi layihəsi hazırlanır. Bu layihə çərçivəsində 2023-cü ilin noyabr ayında Bakıda DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi üçün BMT-nin İnkişaf Proqramı ilə birgə “Dayanıqlı İnkişafa dair ikinci Bakı Forumu”nun keçiriləcəyi nəzərdə tutulur. Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında maarifləndirmənin əhəmiyyəti vurğulanıb, keçirilən təlim proqramının bu xüsusda vacibliyi qeyd edilib.

BMT-nin İnkişaf Proqramının Ölkə üzrə Rezident Nümayəndəsi Nuno Queiros DİM-in Azəbaycanda icrası istiqamətində təmsil etdiyi qurumun Azərbaycan Höküməti ilə səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib, həyata keçirilən layihələrin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin” Azərbaycanda səmərəli icrası baxımından əhəmiyyətini vurğulayıb.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BMT-nin Əhali Fondunun Ölkə üzrə Nümayəndəliyinin rəhbəri Fərid Babayev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli dayanıqlı inkişafın təmin olunmasında keyfiyyətli təhsilin rolu, gənclərin qlobal məqsədlərin uğurlu icrası istiqamətində bilik və bacarıqlara yiyələnməsinin önəmindən danışıb, DİM-in tələbələr arasında təbliği üçün təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

İnteraktiv sessiyalarla davam edən tədbirdə müvafiq dövlət orqanları və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin moderatorluğu və ali təhsil müəssisələlərinin tələbələrinin iştirakı ilə təlimə cəlb edilmiş tələbələr tərəfindən hazırlanan “Sağlamlıq və rifah üçün səhiyyə sistemi”, “Keyfiyyətli və ömürboyu təhsilə nail olmaq istiqamətində sosial dialoqun təşkili və maliyyənin təmini” və “Kənd təsərrüfatı texnologiyalarının iqlim dəyişikliyi ilə mübarizədə rolu” layihələri müzakirə edilib, iştirakçılara sertifikatlar verilib.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    8 May 2024

    4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...