DİM üzrə gənc səfirlərlə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə seçilmiş gənc səfirlərlə görüşüb.

Nazir müavini 2016-2030-cu illəri əhatə edən DİM təşəbbüsünə qoşulan Azərbaycanda bu istiqamətində həyata keçirilən tədbirlərdə gənclərin fəal iştirakını qeyd edib. Diqqətə çatdırıb ki, bu təşəbbüs üzrə seçilmiş gənc səfirlərin fəaliyyətinin əsas məqsədi DİM-lərə nail olunmasında gənclərin fəal iştirakının təşviqi, bu istiqamətdə dövlət qurumlarının dəstəklənməsidir.

Sevinc Həsənova Azərbaycanda DİM-lərə nail olunması istiqamətində görülən işlər, dövlət başçısının müvafiq Fərmanı ilə yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyəti, Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunan iki Könüllü Milli Hesabat barədə məlumat verib, gəncləri bu hesabatların hazırlanmasında fəal iştiraka dəvət edib.

Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva DİM-lər üzrə gənc səfirlər təşəbbüsünün “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni paltformaların yaradılması” layihəsi əsasında reallaşdırıldığını bildirib, layihə çərçivəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. İndira Hacıyeva gənc səfirlərin könüllü əsaslarla fəaliyyət göstərdiyini qeyd edərək, bu təşəbbüsün Azərbaycanda könüllülük fəaliyyətinin genişləndirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması prosesində əhəmiyyətini vurğulayıb.

Görüşdə gənc səfirlərin Dayanıqlı İnkişaf Məqsədləri üzrə layihə və təklifləri dinlənilib.

Sonda gənc səfirlərin fəaliyyətinin Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi ilə daha sıx əlaqələndirilməsi, gənc səfirlərin apardığı işlərin regionlar üzrə həyata keçirilməsi məqsədəuyğun hesab olunub. 

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...