Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib

 İyul ayının 9-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovun sədrliyi  ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilmişdir.

    İclasda Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədov  COVID-19 pandemiyası dövründə dayanıqlı inkişafın təmin olunması, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilinin cari vəziyyəti və “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın hazırlanması məsələlərinin müzakirəsinin vacibliyini diqqətə çatdırmışdır.

    Əli Əhmədov gündəlikdə yer alan məsələlərə,o cümlədən dayanıqlı inkişafın təmin edilməsi, ələlxüsus ortamüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın canlandırılması, inklüziv və dayanıqlı iqtisadi artımın təmin edilməsi, tam və səmərəli məşğulluğa nail olunması prioritetlərinə dair müvafiq tapşırıqlarını Şura üzvlərinin diqqətinə çatdırmışdır.

    Şuranın sədrinin müavini, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov çıxış edərək, dünyanın bütün ölkələrini əhatə edən COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri, o cümlədən milli iqtisadiyyatı ressesiyaya apara biləcək faktorlarının qarşısının alınması, xüsusilə iqtisadi aktivliyin qorunması, biznesə dəstək proqramlarının həyata keçirilməsi, uzunmüddətli dövrdə iqtisadi inkişafın əsas strateji xətti olaraq qeyri-neft sektorunun formalaşdırılmasının zəruriliyini qeyd etmişdir.

    Mikayıl Cabbarov “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının ölkəmizin inkişaf xəttinin müəyyən edilməsində rolunu, uzunmüddətli inkişaf hədəflərinə çatmaq üçün sosial-iqtisadi alətləri, həyata keçiriləcək tədbirləri özündə ehtiva edəcək və Dayanıqlı İnkişaf Məqsədlərinə tam inteqrasiya olunmuş yeni bir yanaşmanı əks etdirəcək “Azərbaycan 2030 İnkişaf Strategiyası”nın bu baxımdan vacib sənəd olacağını vurğulamışdır.

    Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində irəliləyişlərə nail olunması üçün qarşıda duran çətinliklərin aradan qaldırılması və pandemiyanın qlobal təsirlərinin qiymətləndirilməsi məqsədilə regional tərəfdaşlığın gücləndirilməsinə həsr oluanacaq “Dayanıqlı İnkişafa dair cari ilin oktyabrında İkinci Bakı Forumu”nun keçirilməsinin əhəmiyyəti və gözlənilən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılmışdır.

    İclasda pandemiyası dövründə Dayanıqlı İnkişaf: görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, İqtisadiyyat Nazirinin müavini Sevinc Həsənova çıxış etmişlər.

    Sonda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkili və bununla əlaqədar zəruri məsələlərin həll edilməsi, “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın  hazırlanması və icrası üzrə ümumi əlaqələndirilmənin Şura tərəfindən həyata keçirilməsi, habelə bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyinin dəyərləndirilməsi barədə qərarlar qəbul olunmuşdur.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    1 Noyabr 2024

    BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoquna həsr edilmiş tədbir ke ...

    Card image cap
    8 May 2024

    4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...