Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə seminar keçirilib

İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə Bakıda 3 günlük seminar keçirilir.

Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədov dövlət rəsmilərinin, ictimai təşkilatların, BMT-nin ixtisaslaşmış qurumlarının, gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş nitqi ilə açaraq, milli prioritetlərin qlobal məqsəd və hədəflərə uyğunlaşdırılması prosesinin vacibliyini və bu prosesin sürətləndirilməsi məqsədilə yaradılmış işçi qrupların fəaliyyətinin səmərəliliyini vurğulayıb. Baş nazirin müavini aparılan müzakirələr nəticəsində ölkə üçün 17 məqsəd, 107 hədəf, 150 göstəricinin ilkin olaraq seçildiyini, Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda icrada olan müxtəlif strateji proqramlara uyğunlaşdırılması üçün BMT tərəfindən Sürətli Kompleks Qiymətləndirmə aparıldığını qeyd edib. Qiymətləndirmədə 31 qısa və orta müddətli dövlət proqramları, sektoral strategiyalar və müvafiq tədbirlər planlarından istifadə edilib, eyni zamanda, hazırlanmaqda olan 8 orta və uzunmüddətli strategiyalar, proqramlar və fəaliyyət planlarının, 30-dək normativ-hüquqi akt, beynəlxalq saziş və müqavilənin nəzərdən keçirildiyi diqqətə çatdırılıb.

BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qulam İshaqzai tədbirin Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi və icrası istiqamətində qarşıya çıxa biləcək məsələlərin müzakirəsinə töhvə olacağını, yerli və beynəlxalq mütəxəssislərin, eləcə də hökumət orqanlarının, özəl sektor və vətəndaş cəmiyyətinin təmsilçilərinin “2030 Gündəliyi”nin icrasında əsas tərəfdaş olduqlarını qeyd edib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxışında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Sevinc Həsənova tədbir çərçivəsində “İnteqrasiya, sürətləndirmə və siyasətə dəstək” missiyasının nəticələrinə dair Bakı Bəyannaməsinin qəbul olunacağını, eləcə də Azərbaycanın 2019-cu ildə regionda ikinci könüllü milli hesabat verəcək ilk ölkə olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə beynəlxalq ekspertlər digər ölkələrin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə təcrübələrini bölüşüblər.

Seminar işini davam etdirir.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...