Dayanıqlı İnkişaf Məqsədlərinə dair Beynəlxalq Konfrans keçirilib

Martın 3-də Koreya Respublikasının İnçeon şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) təşkilatçılığı ilə Yüksək Səviyyəli Forumun təşkilinə dair konfrans keçirilib.

44 ölkə və BMT-nin müxtəlif qurumlarının iştirakı ilə keçirilən Konfransda çıxış edən BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti Fridrix Musiva Makamura Shava "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi"ndən irəli gələn inkişaf məqsədlərinə nail olunması üçün iştirakçı ölkələr tərəfindən görülən işlər, qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib, Yüksək Səviyyəli Forum üçün hesabatların hazırlanması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Konfransın Danimarka, Banqladeş, Honduras, Efiopiya və Costa-Rica olmaqla 5 ölkənin hesabatlarının təqdim edildiyi birinci sessiyasına Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov sədrlik edib.

Sessiyada dayanıqlı inkişaf məqsədlərinə nail olunmasının vacibliyi və qarşıya çıxan problemlər, o cümlədən məlumatların toplanması və göstəricilərin hesablanması barədə müzakirələr aparılıb. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanda görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verilib.

Konfrans qrup müzakirələri ilə işini başa çatdırıb.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    16 Oktyabr 2025

    7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    18 Iyul 2025

    Azərbaycanın iqtisadi islahatları və sosial siyasəti BMT-yə üzv dövlətlərə mod ...

    Card image cap
    16 Iyul 2025

    Hüseyn Hüseynov BMT-də Azərbaycanın gender bərabərliyinə dair nailiyyətlərini ...