Dayanıqlı İnkişaf Məqsədləri üzrə Seminarın nəticələri müzakirə edilib

Məlumat verildiyi kimi, 2018-ci ilin 2-4 iyul tarixlərində İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, dövlət qurumlarının, BMT-nin ixtisaslaşmış təşkilatlarının, eləcə də vətəndaş cəmiyyəti və media nümayəndələrinin iştirakı ilə Dayanıqlı İnkişaf Məqsədlərinin(DİM) milliləşdirilməsi və prioritetləşdirilməsi üzrə Seminar keçirilib.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova beynəlxalq seminarın nəticələrini və DİM-in icrasının növbəti mərhələlərini müzakirə etmək məqsədilə BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Mərkəzinin Dayanıqlı İnkişaf Qrupunun rəhbəri Corc Bumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir müavini “2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının DİM ilə uzlaşdırılması, habelə dayanıqlı inkişaf üzrə milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsinə dəstək məqsədilə keçirilmiş seminarın əhəmiyyətini vurğulayıb və seminarda beynəlxalq ekspert qrupu kimi iştirak edən BMT nümayəndələrinə təşəkkür edib. Seminar zamanı müzakirələrdə əsas prioritetlər kimi müəyyən edilmiş səhiyyə, təhsil və əmək bazarlarının inkişafının ölkədə inklüziv sosial siyasətin həyata keçirilməsinə töhfə verəcəyi, icbari tibbi sığortanın tətbiqinə başlanmasının DİM-in icrasının təmin olunmasına, yoxsulluğun azaldılmasına, insan kapitalının inkişafına xidmət etdiyi diqqətə çatdırılıb.

Görüşdə Corc Buma ilə BMT ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının monitorinqi və qiymətləndirmə sisteminin beynəlxalq tələblərə uyğun qurulması, BMT-nin İqtisadi və Sosial İnkişaf məsələlər Departamenti və ABŞ-ın Denver Universiteti ilə DİM-lərin müxtəlif senarilər üzrə modelləşdirilməsi və  uzunmüddətli inkişafın planlaşdırılması sahəsində əməkdaşlıq, Dayanıqlı İnkişafa dair Bakı Forumunun təşkili, “DİM istiqamətində həyata keçiriləcək tədbirlərdə BMT-nin mümkün dəstəyi  müzakirə edilib.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...