Cenevrədə İşçi Qrupun iclası keçirilib Azərbaycan nümayəndə heyəti iclasda iştirak edib

Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının təşkilatçılığı ilə Universal Dövri İcmal üzrə İşçi Qrupun iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyəti iştirak edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş yüksək səviyyəli nümayəndə heyətində İqtisadiyyat Nazirliyini nazir müavini Sevinc Həsənova təmsil edib.

İclasda Universal Dövri İcmal mexanizmi çərçivəsində üzv ölkələrin dövri məruzələrinə baxılıb, üzv ölkələrdə insan hüquqlarının vəziyyətinə dair məlumatlar nəzərdən keçirilib, müvafiq tövsiyələr qəbul olunub.

Tədbirdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova əhalinin rifah halının yaxşılaşdırılmasının ölkənin iqtisadi və sosial inkişaf siyasətinin özülünü təşkil etdiyini, yoxsulluğun azaldılmasına hədəflənmiş 3 dövlət proqramı, 3 regional və sahəvi inkişaf proqramının həyata keçirilməsi nəticəsində ifrat yoxsulluğun aradan qaldırıldığını, mütləq yoxsulluq göstəricisinin isə 5,4% həddinə endiyini, son 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə, əhalinin gəlirlərinin 9,8 dəfə artdığını, işsizlik göstəricisinin isə 5%-dək azaldıldığını vurğulayıb.

Azərbaycanda iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində sistemli və ardıcıl islahatların həyata keçirildiyini bildirən Sevinc Həsənova iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun stimullaşdırılması, ixracın artırılması üzrə kompleks tədbirlərin görüldüyünü, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqi, aqrar sektora dövlət dəstəyi, kiçik və orta sahibkarlığın dəstəklənməsi məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildirib, 5 sənaye parkının və 4 sənaye məhəlləsinin, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziyalaşdırma və gömrük-keçid prosedurlarının sadələşdirilməsi, vergi sisteminin təkmilləşdirilməsi, habelə investisiya və ixrac təşviqi mexanizmlərinin həyata keçirilməsi sahələrində islahatların davam etdirilməsi investisiyaların cəlbi və sahibkarlıq mühitinin yaxşılaşdırılmasına müsbət təsir edib. Nazir müavini çıxışında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti BMT-nin bir sıra qurumlarının rəhbərləri ilə görüşlər keçirib. BMT Baş katibinin müavini, Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqaerova ilə görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər və əldə olunmuş nailiyyətlər, qarşıda duran perspektivlər, BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi məqsədilə keçirilən Respublika İnnovasiya müsabiqələri haqqında geniş məlumat verilib və bu istiqamətdə BMT-nin Avropa İqtisadi Komissiyası ilə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyətinin BMT-nin baş katibinin köməkçisi, BMT-nın Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) direktoru Nixil Sez ilə görüşündə Azərbaycanda Beynəlxalq Təlim Mərkəzinin (CİFAL) yaradılması və bu sahədə mümkün tərəfdaşlıq istiqamətləri müzakirə edilib.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...

    Card image cap
    15 Sentyabr 2023

    15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiri ...

    Card image cap
    14 Iyun 2023

    “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinc ...