BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir.
Müsabiqəyə aşağıdakı sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur:
İqtisadi:
Sosial:
Ekoloji:
Müsabiqəyə təqdim edilən layihəyə dair tələblər
Layihələrin təqdim edilməsi müddəti
Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini və şəxsiyyəti təsdiq edən sənədin surətini 2017-ci ilin 5 dekabr tarixinədək bilavasitə İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 84, Hökumət Evi) və ya elektron poçt (narmin.babayeva@economy.gov.az, vusal.qarayev@economy.gov.az) ünvanlarına təqdim edə bilərlər.
Müsabiqənin qalibləri mükafatlandırılacaqdır:
Müsabiqə çərçivəsində bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə Komissiya tərəfindən müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcəkdir.
Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinə müraciət etmək olar:
Ünvan:
AZ 1000
Bakı, Azərbaycan,
Ü.Hacıbəyli küç.,84
(Hökumət Evi)
Əlaqələndirici şəxs:
Nərmin Babayeva
Tel: 310-28-00 (daxili 23-68).