“Azərbaycan qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində” mövzusunda tədbir keçirilib

İqtisadiyyat Nazirliyinin və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan qlobal Dayanıqlı İnkişaf Məqsədləri İndeksində” mövzusunda tədbir keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə götürülən öhdəliklərin həyata keçirilməsinin önəmini vurğulayıb, Azərbaycanın DİM-lərin icrası üzrə dünyada 10 ölkədən biri və regionda yeganə ölkə olaraq 3 dəfə Könüllü Milli Hesabatını BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim etdiyini və ötən müddət ərzində ölkədə sosial, iqtisadi, ətraf mühit sahələrini əhatə edən 30-dan çox dövlət proqramı, strategiya və tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya olunduğunu bildirib. Eyni zamanda, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq edilmiş “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığı qeyd olunub.

Görülmüş işlərin nəticəsi olaraq, DİM-lərin icrasının təhlili məqsədilə hər il BMT-nin ixtisaslaşmış təşkilatı olan İnkişaf üçün Həllər Təşəbbüsü və Kembric Universiteti tərəfindən dərc olunan “Dayanıqlı İnkişaf - 2022” hesabatında Azərbaycan 2021-ci illə müqayisədə 5 pillə irəliləyib və mümkün 100 baldan 73,5 bal toplayaraq 163 ölkə arasında 50-ci pillədə qərarlaşıb.

Tədbirdə BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT və Azərbaycan arasında “2021 - 2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin (UNSDCF) icrası üzrə BMT-nin müxtəlif qurumları tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib, ölkəmizin DİM-lərin həyata keçirilməsinə bundan sonra da töhfə verəcəyinə əminliyini vurğulayıb

Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov çıxış edərək, ötən müddət ərzində Azərbaycanda DİM-lərin icrası istiqamətində görülmüş işlər və nəzərdə tutulan layihələr, DİM göstəricilərinin hesablanması üzrə əldə olunmuş irəliləyişlər barədə məlumat veriblər.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisinin ofisinin nümayəndəsi Gülər Fətəli qlobal DİM İndeksi üzrə ilkin təhlillərin nəticəsi ilə bağlı təqdimatla çıxış edib.  

Tədbir çərçivəsində DİM hesabatında Azərbaycanın mövqeyinin növbəti illərdə daha da irəliləməsi üçün həyata keçiriləcək tədbirlər barədə müzakirə aparılıb.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    1 Noyabr 2024

    BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoquna həsr edilmiş tədbir ke ...

    Card image cap
    8 May 2024

    4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...