Azərbaycan nümayəndə heyəti Yüksək Səviyyəli Siyasi Forumda iştirak edib

16-19 iyul tarixlərində ABŞ-ın Nyu York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə “Dayanıqlı və müqavimət qabiliyyətli cəmiyyətlərə doğru transformasiya” mövzusunda Yüksək Səviyyəli Siyasi Forum keçirilib.

Forumda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ölkəmizin qlobal əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. İnkişaf və sosial rifah məsələlərinin daim ölkənin siyasətində prioritet istiqamət olduğunu və bununla bağlı kompleks tədbirlərin həyata keçirildiyini qeyd edən nazir müavini bildirib ki, bu sahədə reallaşdırılan uğurlu siyasət nəticəsində mütləq yoxsulluq 10 dəfə azalıb, ümum daxili məhsul  3 dəfədən çox, əhalinin gəlirləri 10 dəfə artıb, işsizlik göstəricisi 5%-ə enib.

Qeyd olunub ki, BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin uğurlu icrası, bu sahədə ictimai maarifləndirmənin aparılması məqsədilə Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Kampaniya Strategiyası hazırlanıb və Respublika İnnovasiya Müsabiqəsi keçirilib.

Tədbirdə Azərbaycanın 2017-ci ildə DİM-in icrası istiqamətində görülmüş işlərlə bağlı ilkin könüllü milli hesabatının BMT-yə təqdim olunduğu və 2019-cu ildə ikinci hesabatın təqdim ediləcəyi vurğulanıb. Bildirilib ki, DİM-ə nail olmaq istiqamətində beynəlxalq tərəfdaşlığı gücləndirmək məqsədilə 2018-ci ilin oktyabrında hökumət rəsmilərinin və BMT nümayəndələrinin iştirakı ilə Dayanıqlı İnkişafa dair Bakı Forumu keçiriləcək.

Forum çərçivəsində nazir müavini Sevinc Həsənova Dayanıqlı İnkişaf Məqsələrinin  icrası istiqamətində beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Mərkəzinin rəhbəri, BMT-nin baş katibinin köməkçisi xanım Cihan Sultanoğlu və BMT-nin Nyu-York Baş Qərargahının Dayanıqlı İnkişaf üzrə Mərkəzinin rəhbəri xanım Rosemary Kalapurakal ilə ikitərəfli görüşlər keçirib.

Azərbaycan nümayəndə heyəti Yüksək Səviyyəli Siyasi Forum çərçivəsində Latvia, Estoniya və Sloveniya Respublikalarının birgə təşkil etdiyi 12-ci Dayanıqlı İnkişaf Məqsədinin icrası üçün  davamlı iqtisadiyyatın təşviqi mövzusunda tədbirdə, həmçinin 2018-2028-ci illər üçün “Dayanıqlı inkişaf üçün su” 10 illik beynəlxalq fəaliyyət planı üzrə təqdimatda, beynəlxalq maliyyə və ticarət institutları ilə BMT-nin iqtisadi və sosial şurası arasında yüksək səviyyəli siyasi dialoqda, “DİM:gələcəyə baxış və layihələndimə” mövzusunda və bir sıra digər tədbirlərdə iştirak edib.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    1 Noyabr 2024

    BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoquna həsr edilmiş tədbir ke ...

    Card image cap
    8 May 2024

    4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...