15-16 Noyabr, 2023 tarixlərində Dayanıqlı inkişaf üzrə 2-ci Bakı Forumu keçiriləcək

Dayanıqlı İnkişaf üzrə II Bakı Forumu 15-16 noyabr 2023-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Forum Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil olunacaq.

Dayanıqlı İnkişaf üzrə İkinci Bakı Forumuna aşağıdakılar daxildir: açılış və bağlanış plenar iclasları, interaktiv dəyirmi masa müzakirələri, aralıq sessiyalar, forumun bəyannaməsinin qəbulu mərasimi, sərgilər, paralel tədbirlər.

İkinci Bakı Forumu DİM-in Zirvə Toplantısı zamanı başlanmış yüksək səviyyəli dialoqun davamı olaraq DİM investisiyaları üçün prioritet sahələrə və hədəflər üzrə ən böyük multiplikativ effektləri verəcək prioritet siyasət dəyişikliklərinə diqqət yetirəcək.

Forumun regional platforma olması gözlənildiyi üçün dəvətlər region ölkələrindən, xüsusilə Şərqi Avropa, MDB məkanı, Mərkəzi Asiya və qonşu ölkələrdən seçilmiş iştirakçılara, həmçinin Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli nümayəndələrinə göndərilir. Foruma həmçinin bəzi vətəndaş cəmiyyəti təşkilatlarının və özəl sektorun nümayəndələri də dəvət olunacaq

Forumun gündəliyi haqqında ətraflı məlumat tezliklə sizlərlə paylaşılacaq.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ:
  • Digər Xəbərlər

    Card image cap
    1 Noyabr 2024

    BMT Günü və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoquna həsr edilmiş tədbir ke ...

    Card image cap
    8 May 2024

    4-cü Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    Card image cap
    24 Aprel 2024

    BMT və Azərbaycan arasında Çərçivə Sənədinin icrası üzrə İstiqamətləndirici Ko ...