Respublika İnnovasiya Müsabiqəsi - 2018

BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyi ilə birgə İkinci Respublika İnnovasiya Müsabiqəsini elan edir.

Müsabiqəyə aşağıdakı sahələri əhatə edən və innovativ ideyaları əks etdirən layihələr qəbul olunur:

İqtisadi:

  • innovativ startap və biznes inkubator;
  • yüksək əlavə dəyər yarada biləcək texnologiya və innovativ istehsal metodları;
  • dayanıqlı infrastruktur və şəhərlərin qurulması məqsədilə qabaqcıl mühəndislik;
  • turizm, bank və sığorta sahəsində innovativ ideya və ya biznes layihə;
  • cəmiyyətin bütün təbəqələrinin sosial-iqtisadi, mədəni və ictimai həyatda iştirakını təmin edəcək təbliğat-təşviqat;
  • iqtisadi məhsuldarlığı yüksəldəcək yeni texnoloji avadanlıqlar və metodlar;
  • daha az kapital tutumlu infrastruktur;
  • nanomateriallar, nanotexnologiyalar və onların tətbiqi;
  • dövlət xidmətlərinin göstərilməsi sahəsində İT (İoT) həllər;
  • İKT sahəsində innovasiya.

Sosial:

  • innovativ sosial xidmətlər;
  • dövlət və özəl sektor ilə peşə təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq üzrə innovativ ideya;
  • əməyin təşkili və təşkilati mədəniyyət;
  • aktiv əmək bazarı və məşğulluq tədbirləri ilə bağlı innovativ ideya və ya mexanizm;
  • sosial infrastruktur və ictimai həyatda innovasiya;
  • səhiyyə və təhsil sahəsində göstərilən xidmətlərin yüksəldilməsinə yönələn innovativ layihələr;
  • mədəni və təbii irsin qorunması;
  • əhalinin həssas qrupu (uşaqlar, gənclər, əlillər və s.) imkanlarının inkişafı və gender məsələləri ilə bağlı təşviqat;
  • yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi;
  • kommunal xidmətlərin keyfiyyətinin artırılması;
  • həssas qrupların (uşaqlar, gənclər, əlillər və s.) cəmiyyətə inteqrasiyası üçün həllər;
  • açıq məlumatlardan istifadə üzrə innovativ ideaların və həllərin tətbiqi;
  • şəhərlərin idarə olunmasında İT həllər (Smart City);
  • urbanizasiya

Ətraf mühit:

  • yaşıl iqtisadiyyat;
  • ekoloji təmiz kənd təsərrüfatı istehsalı;
  • ekoloji təmiz nəqliyyat;
  • elektron kənd təsərrüfatı sisteminin qurulması;
  • iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq ilə bağlı sistemin qurulması və maarifləndirmə;
  • ekoloji təmiz şəhər həyatı;
  • ətraf mühitin təmizlənməsi üzrə texnologiya və ya ictimai innovasiya;
  • tullantıların utilizasiyası;
  • enerji səmərəliliyi;
  • alternativ enerji mənbələrindən (külək, günəş və s.) istifadə;
  • tullantısız və ya az tullantılı texnologiya;
  • ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi;
  • iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik;
  • dəniz və sahilyanı ekosistemlər;
  • meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunması, bərpası və dayanıqlı istifadəsi;
  • biomüxtəlifliyin qorunması.

MÜSABİQƏYƏ TƏQDİM EDİLƏN LAYİHƏYƏ DAİR TƏLƏBLƏR

  • Texniki-iqtisadi əsaslandırma;
  • Sahələr üzrə prioritetliyi;
  • İqtisadi səmərəliliyi;
  • Həyata keçirilməsinin mümkünlüyü.

LAYİHƏLƏRİN TƏQDİM EDİLMƏ MÜDDƏTİ

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini 2018-ci ilin 20 sentyabr tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” platforması üzərindən təqdim edə bilər. Bunun üçün www.ideya.az internet səhifəsində qeydiyyatdan keçib, “2018-İnnovasiyalar” müsabiqəsini seçib, təqdim olunan formanı dolduraraq layihənizi göndərə bilərsiniz.

MÜSABİQƏNİN MÜKAFATI

  • Birinci yer (bir mükafat) – 5 000 (üç min) manat;
  • İkinci yer (bir mükafat) – 3 000 (iki min) manat;
  • Üçüncü yer (bir mükafat) – 2 000 (min) manat.

Müsabiqə çərçivəsində bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə Müsabiqə Komissiyası tərəfindən müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcəkdir. Eyni zamanda, əsas mükafatlandırma ilə yanaşı Komissiya tərəfindən bəyənilən layihələr üzrə həvəsləndirici mükafatlar nəzərdə tutulmuşdur.

 

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ: