Respublika İnnovasiya Müsabiqəsi - 2017

BMT-in 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda, “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nın və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək, innovativ layihələrin müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılması məqsədilə keçirilir.

İNNOVATİV LAYİHƏ SAHƏLƏRİ

Müsabiqəyə aşağıdakı sahələri əhatə edən innovativ ideyaları əks etdirən layihələr təqdim olunur:

İqtisadi:

  • innovativ start-up;
  • ən yaxşı innovativ biznes inkubatorlar;
  • innovativ istehsal metodları;
  • elmi və yüksək texnoloji avadanlıq və bu sahədə yeni mexanizm;
  • səmərəli elm tutumlu istehsal və istehlak modelləri;
  • daha az kapital tutumlu infrastruktur;
  • ənaye sahəsində texniki imkanların artma;
  • və s.

Sosial:

  • innovativ sosial xidmətlər;
  • səhiyyə, təhsil və qida təhlükəsizliyi;
  • mədəni-mənəvi sfera və ictimai həyatda innovasiya;
  • cəmiyyətin bütün qruplarının cəlb edilməsi üçün fəal ictimai proqram;
  • mədəni və təbii irsin qorunması;
  • yaşayış məntəqələrinin planlaşdırıması və idarə edilməsi;
  • urbanizasiya;
  • turizm sahəsində innovativ fəaliyyət;
  • və s.

Ekoloji:

  • yaşıl iqtisadiyyat;
  • təmiz və ekoloji baxımdan uyğun texnologiyaların tətbiqi;
  • ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi
  • iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik;
  • dəniz və sahilyanı ekosistemlər;
  • yer və daxili təmiz su ekosistemləri;
  • meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunması, bərpası və dayanıqlı istifadəsi;
  • biomüxtəlifliyin qorunması;
  • və s.

MÜSABİQƏYƏ TƏQDİM EDİLƏN LAYİHƏYƏ DAİR TƏLƏBLƏR

  • Texniki-iqtisadi əsaslandırılmış;
  • Sahələr üzrə prioritetliyi;
  • İqtisadi səmərəliliyi;
  • Həyata keçirilməsinin mümkünlüyü.

LAYİHƏLƏRİN TƏQDİM EDİLMƏ MÜDDƏTİ

Müsabiqədə iştirak etmək istəyən namizədlər öz innovativ layihələrini texniki-iqtisadi əsaslandırma formasında 2017-ci ilin noyabr ayının 30-dək təqdim etməlidirlər.

LAYİHƏLƏRİN QİYMƏTLƏNDİRMƏ MÜDDƏTİ

Müsabiqəyə təqdim olunmuş innovativ layihələr 10 dekabr 2017-ci il tarixinədək qiymətləndirilir və müsabiqənin qalibləri müəyyən edilir.

MÜSABİQƏNİN MÜKAFATI

  • Birinci yer (bir mükafat) – 3 000 (üç min) manat;
  • İkinci yer (bir mükafat) – 2 000 (iki min) manat;
  • Üçüncü yer (bir mükafat) – 1 000 (min) manat.

MÜSABİQƏNİN SON TARİXİ

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ: