İqtisadiyyat Nazirliyi 3-cü Respublika İnnovasiya Müsabiqəsi elan edir Gündəliyi”ndən irəli Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin icrasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycandakı filialı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi ilə birgə Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edir.
Müsabiqəyə innovativ ideyaları əks etdirən və DİM-nin, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsinin prioritetlərini əhatə edən layihələr qəbul olunur:
Müsabiqəyə innovativ ideyaları əks etdirən və DİM-nin, "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsinin prioritetlərini əhatə edən layihələr qəbul olunur:
İnklüziv əmək bazarları:
“Yaşıl iqtisadiyyat”ın təşviqi:
Sosial xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi:
Müsabiqəyə təqdim edilən layihəyə dair tələblər:
• Sahələr üzrə prioritetlik;
• İqtisadi səmərəlilik;
• Həyata keçirilməsinin mümkünlüyü.
Layihələrin təqdim edilməsi müddəti
Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini 2019-cu ilin 10 iyul tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İdeya Bankı” platforması və ya narmin.babayeva@economy.gov.az elektron poçt vasitəsi ilə təqdim edə bilər. Bunun üçün iştirakçılar www.ideya.az internet səhifəsində qeydiyyatdan keçməli, “2019-İnnovasiyalar” müsabiqəsini seçməli, təqdim olunan formanı dolduraraq layihəni göndərməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sdg.az saytından əldə etmək olar.
Müsabiqənin qalibləri mükafatlandırılacaqdır:
• Birinci yer – 5000 manat
• İkinci yer – 3000 manat
• Üçüncü yer – 2000 manat.
Müsabiqə çərçivəsində Qiymətləndirmə Komissiyası tərəfindən bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcəkdir. Eyni zamanda, əsas mükafatlandırma ilə yanaşı Komissiya tərəfindən bəyənilən layihələr üzrə həvəsləndirici mükafatlar nəzərdə tutulur.
Müsabiqə çərçivəsində 2019-cu il üçün qalib elan olacaq 2 komanda Estoniyada keçiriləcək “STARTUp Day” proqramına, seçilən 3 layihə isə ölkə finalından sonra təkmilləşdirilmə və satış istiqamətində 4 aylıq intensiv proqrama cəlb olunacaqdır.
Eyni zamanda, 1 və ya 2 qalib layihə hər il həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nda iştirak etmək hüququ qazanacaqdır.
Bundan əlavə, müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Fast Track Azərbaycan” proqramına dəvət olunacaq, həmçinin seçilən bir layihə isə Data Mərkəzin “Cloud4Start” mükafatını (3000 manat-data və cloud servislər paketi) əldə edəcəkdir.