Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu çərçivəsində sessiyalar təşkil edilib

“DİM-lərə nail olmaq üçün maliyyə arxitekturasının yenidən qurulması”, “DİM-lərə nail olmaq üçün aparıcı investisiyalar: təsirin ölçülməsi və idarə edilməsi” və “Rəqəmsallaşma vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatlar” mövzularında sessiyalar keçirilib.

DİM-lərə nail olmaq üçün maliyyə arxitekturasının yenidən qurulması mövzusunda təşkil edilən sessiyada iştirakçı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə interaktiv müzakirələr aparılıb. Türkiyə Respublikasının Prezident Adminstrasiyasının Strateji və büdcə idarəsinin rəis müavini Kutluhan Taşkının məruzəsi dinlənilib.

Daha sonra iştirakçı ölkələrin nümayəndələri və beynəlxalq təşkilatları təmsil edən ekspertlərin iştirakı ilə DİM-lərə nail olmaq üçün maliyyə arxitekturasının yenidən qurulması, DİM-lərin həyata keçirilməsində beynəlxalq və regional tərəfdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Serbiyanin mədən və enerji naziri Dubravka Dedoviçin əsas məruzəçisi olduğu DİM-lərə nail olmaq üçün aparıcı investisiyalar: təsirin ölçülməsi və idarə edilməsi mövzusunda sessiyada ətraf mühitin, ekoloji və sosial təsirlərin qiymətləndirilməsi mövzularında müzakirələr aparılıb, suallar cavablandırılıb.

II Bakı Forumunun ilk günü Rəqəmsallaşma vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatlar mövzusunda sessiya ilə başa çatıb. Sessiyada Bosniya və Herseqovinanın Rəyasət Heyətinin boşnak üzvü Denis Beçroviçin kabinet rəhbəri Alija Kozljakın məruzəsi dinlənilib, dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv çərçivənin formalaşdırılması, iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli hərəkətverici qüvvələrinin möhkəmləndirilməsi, insan kapitalının müasirləşdirilməsi və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi məsələlərinə dair fikri mübadiləsi aparılıb.

Dayanıqlı maliyyə və investisiya mövzusunda II Bakı Forumu noyabrın 16-da öz işini davam etdirəcək.

GÖSTƏRİLƏN PLATFORMADA PAYLAŞ: